4 İyun 2024 09:58
Sağlam və balanslı qidalanma körpələrin sağlam böyüməsi və inkişafı üçün çox vacibdir.
Bəzi qidaların bir yaşa qədər qadağan edilməsinin səbəbi allergiya riski, körpələrin orqan inkişafını tamamlamaması və əlavələrdir. Bir çox qidalar boğulma riski səbəbindən 3-4 yaşa qədər uşaqlara verilməməlidir.
Metbuat.az xarici mediaya istinadən həmin qidaları təqdim edir:
Duz, şəkər, bal, inək südü, balıqlar, bəzi meyvələr (çiyələk, kivi, ananas, böyürtkən), bəzi tərəvəzlər (badımcan, lobya), tərkibində şəkər olan qidalar, tərkibində duz olan qidalar, bitki çayları.
Boğulma Riskinə görə 3-4 yaşa qədər qadağan edilən qidalar:
Qoz-fındıq, popkorn, kişmiş, çiy və sərt tərəvəzlər (kök, çuğündur), sərt meyvələr gavalı, alma.