METBUAT.AZ

Hadisə

Xalq artistinin həkim bacısı vəfat etdi

5 İyun 2024 14:29

Həkim Xariqə Məmmədəliyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, X.Məmmədova ali tibb təhsilinə yiyələndikdən sonra uzun illər həkim-ginekoloq vəzifəsində çalışıb. Sonradan yaşla əlaqədar olaraq təqaüdə çıxıb.

O, Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyevin və mərhum akademik Vasim Məmmədəliyevin bacısıdır.


metbuat.az.