METBUAT.AZ

Şou

“Xanımlar salona gəlib deyir ki, bizi Nazpəriyə oxşat” -

6 İyun 2024 20:16

Xalq artisti Nazpəri Dostəliyeva özünü ona oxşadanlar barədə danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə o, “Rəngarəng səhər” proqramında danışıb:

“Salona gələn xanımlar deyir ki, bizi Nazpəriyə oxşat. Belə hallar çoxdur. Bunu sevgi kimi qəbul edirəm. Məni sevirlər ki, özlərini mənə oxşadırlar. Sevməsəydilər, başqa müğənniyə bənzədərdilər. Bu, məndə qıcıq yaratmır. Amma tövsiyyə edirəm ki, özünüz olun, kölgədə qalmayın. Siz Nazpərinin kölgəsində qalacaqsınız ki, Nazpəriyə oxşayan qız. Biri də var ki, desinlər, filankəs müğənni. Bir ana, böyük, bacı kimi sizin mənə olan sevginin qarşılığı budur ki, siz kölgədə qalmayasınız”.


metbuat.az.