3 İyun 2024 10:42
Koreya milli komandası “Barselona”nın keçmiş baş məşqçisi Xavi Hernandezə təklif göndərib.
Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar məhsuldar alınmayıb. Xavi Koreya milli komandasının təklifini qəbul etməyib. İddialara görə, bir sıra məşqçilərlə danışıqlar aparan Koreya millisi "Beşiktaş"ın çalışdırıcısı kimi adı hallanan Şenol Günəşə də təklif ünvanlayıb. Tərəflərin razılaşdığı barədə xarici KİV-lərdə xəbərlər dərc edilsə də, Koreya Futbol Federasiyası iddiaları təkzib edib. Koreya Futbol Federasiyasının məlumatına görə, milliyə Kim Do-hun müvəqqəti rəhbər təyin edilib.