24 İyun 2024 12:06
"Bu il yaz-yay mövsümündə yağış, dolu yağması kənd təsərrüfatına ciddi ziyan vurub. Dolunun yağması, sellərin baş verməsi demək olar ki, meyvələri kökündən məhv edir".
Bu sözləri Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, bu səbəblərə görə də, meyvələrin ucuzlaşması gözlənilmir:
"Artıq gilasın mövsümi bitir. Amma hələ də kifayət qədər bahadır. Bir tərəfdən də rayonlarda baş verən sellər nəticəsində itkilər davam edir. Adətən meyvələrin çiçək açan vaxtı bu kimi hallar olurdusa, bu il hazır meyvələr məhv olur. Ona görə, gilas, ərik və s. meyvələr baha olacaq. Həmçinin alma və çərəz bağlarına da ciddi ziyan dəyib. Onların da qiymətinin baha olması gözlənilir".
Seyranə Quliyeva / Metbuat.az