7 İyun 2024 17:41
İsti aylarda ilk növbədə ürək-damar xəstəlikləri kəskinləşir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qazax həkim Abzal Malbaskanov danışıb. Onun sözlərinə görə, qanda həmişə balanslıq olmalıdır, ya qatı, qa duru:
"İstidə isə qanın keyfiyyəti dəyişir. Yayda istidə maye balansını təmin etməyənlərin ürəyi, qan damarları, baş beyni əziyyət çəkir. Bu insulta, infarkta gətirib çıxara bilər. Eləcə də bu durumda qaraciyər zərər görür".
O bildirib ki, yayda susuz qalmaq, gün altında çox dayanmaq olmaz.