27 İyun 2024 16:17
Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən "Duzlu göl" və onun təxminən 200-300 metrliyində yerləşən "Yodlu göl" bir çox insanın şəfa üçün üz tutduğu yerlərdəndir. Bəs, bu göllər həqiqətənmi faydalıdır?
Mövzu ilə bağlı Metbuat.az-a danışan terapevt Nərminə Abbasova bildirib ki, müalicə həkim tərəfindən təyin olunmalıdır:
"İnsanların əyləncə və müalicə üçün üz tutduqları müəyyən ərazilərdə yerləşən duzlu göl, yodlu göl və s. yerlərə getmələri yanlışdır. Bu kimi yerlərə gedənlər ən çox xroniki xəstəlikdən əziyyət çəkənlərdir. Əzələ ağrılarına və s. xəstəliklərə görə o yerlərə üz tuturlar".
Nərminə Abbasova bildirib ki, günəş və yod qəbul etmək üçün dənizə kənarına getmək daha məsləhətlidir:
"Hansı insanlarda yod normaldırsa, bu onlarda artıq dərəcədə yodun qəbul olunmasına səbəb olacaq. Ona görə, diqqətli olmaq lazımdır. Aldıqları yanlış müalicə daha böyük fəsadlara yol aça bilər".
Seyranə Quliyeva / Metbuat.az