METBUAT.AZ

Ölkə

Zaur Mikayılov qudasına bu vəzifəni verdi

7 İyun 2024 13:29

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

Metbuat.az Manset.az-a istinadən xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Xatırladaq ki, F. Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.


metbuat.az.