4 İyun 2024 21:45
Ötən gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə nəticəsində həyatını itirən beş nəfərdən biri - Tural Şabəddin oğlu Səfərəliyev dəfn edilib.
Metbuat.az xəbər verir ki, yaxınları və iş yoldaşları onunla bağlı təəssüratlarını Baku TV-yə bölüşüblər.
"Təzə qonşu idik, çox yaxşı oğlan idi, məsuliyyətli uşaq idi. Atası ilə birgə yaşayırdı. Ev aldığı üçün sevinirdi, qismət olmadı. Allah rəhmət etsin", - mərhumun qonşusu söyləyib.
Ətraflı süjetdə: