21 İyun 2024 10:24
Tibb sahəsində "hirudoterapiya" olaraq tanınan zəli terapiyası illərdir tətbiq edilir. Təxminən 2500 il əvvələ aid olan bu xüsusi müalicədə annelid qurd ailəsindən olan zəlilərdən istifadə edilir. Sözügedən canlılar dəriyə yapışdıqdan sonra dişlədikləri nahiyədə maye ifraz edirlər. Onun ifrazatında yüzdən çox qiymətli ferment var.
Metbuat.az xarici mediaya iastinadən zəlinin faydalarını təqdim edir:
- Bədənin müqavimətini artırır
- Qan təzyiqini tənzimləyir
- Əzələləri rahatlaşdırır və ağrıları aradan qaldırır
- Detoks effekti sayəsində toksinləri və ağır metalları təmizləyir
- Qanın laxtalanmasına və damar tıxanmasına xeyirlidir
- Bədənin homeostaz adlanan daxili tarazlığını təmin edir
- Toxumalarda oksigen nisbətini artırır.
- Nörotrofik təsiri ilə sinir hüceyrələrini bərpa etməyə kömək edir
- Həzm sisteminə və qaraciyərin sağlamlığına müsbət təsir göstərir.