11 İyul 2024 17:33
NATO-nun Yekun Bəyannaməsində 2025-ci ildə Hollandiyada keçiriləcək sammitdən sonra növbəti sammitin Türkiyədə olacağı açıqlandı.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Vaşinqtonda 2 gün davam edən NATO sammitinin yekun bəyannaməsi dərc olunub.
Alyans Ukraynanı dəstəkləməyə davam edəcəyini və müttəfiqlərin də Ukraynaya minimum 40 milyard avro (43,28 milyard dollar) hərbi yardım göstərəcəyini bildirdi.
NATO-nun 75-ci Zirvə Toplantısına ev sahibliyi etdiyi üçün ABŞ-ə təşəkkür edildikdən sonra, 2025-ci ildə Hollandiyada keçiriləcək sammitdən sonra növbəti sammitin Türkiyədə keçiriləcəyi açıqlandı.