METBUAT.AZ

Hadisə

29 yaşlı qadın itkin düşdü -

12 İyul 2024 12:28

Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova AygünTahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə Metbuat.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.

“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.


metbuat.az.