METBUAT.AZ

Hadisə

30 yaşlı kişini tanışı bıçaqladı

27 İyul 2024 09:39

Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Seymur İlqar oğlu münaqişə zəminində, 1994-cü il təvəllüdlü Abdullayev Cavid Cənnət oğluna bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.


metbuat.az.