METBUAT.AZ

Dünya

AA

16 İyul 2024 10:41

Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində məhşur "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, xalq artisti mahnını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.

Sənətçinin bu hərəkəti maraqla qarşılanıb. Tədbirdə iştirak edən Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Azərini alqışlayıblar.



metbuat.az.