METBUAT.AZ

Ölkə

AA

16 İyul 2024 14:13

Xəbər verdiyimiz kimi, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan ərazidə metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. Bəs təmir-tikinti işləri nə vaxt bitəcək?

Metbuat.az-ın sorğusuna cavab olaraq olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov bildirib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən ərazidə piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq.

"Hazırda ərazi hasarlanıb, söküntü aparılır. Tikinti işləri üçün hazırlıq işləri görülür. Təmir-tikinti işlərinin noyabr ayında yekunlaşacağı planlaşdırılır".

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.