16 İyul 2024 15:30
“Aşura günü İmam Hüseyn və tərəfdarları haqq, ədalət yolunda mübarizədə həlak olub”.
Bu sözləri metbuat.az-a müsahibəsində millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət Vəkilinin sözlərinə görə insanlar bunu uzun əsrlərdir ki, qeyd edirlər. Azərbaycanda da Şeyx həzrətlərinin təşəbbüsü ilə bu gün qanvermə aksiyası keçirilir və insanlar buraya gələrək qan verirlər. Bu yolla da ehtiyyacı olan şəxslərə qan verərək savab iş görmüş oluruq.
“Şeyx həzrətləri Azərbaycanda həm din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi üçün, həm xeyirxahlıqla bağlı dinimizdən gələn adətləri yaşatmaq istiqamətində müstəsna rol oynayır. Şeyxin özü də vurğuladı ki, İran və Türkiyədə də bu gün qan vermə aksiyası keçirilir. Əvvələr insanlar başlarını yarırdılar ki, qan çıxarsınlar. Amma bu gün insanlar qan vermə aksiyası yolu ilə bunu edirlər və verilən qanlar xəstələrin şəfa tapmasına kömək edir.”.
Q.Həsənquliyev bildirib ki, dinimizdən namərdcəsinə sui-istifadə edən və dinimizi istismar etmək istəyən qruplar da var. Bu, bütün dünyada var. Amma Qafqaz Müsəlmanları Ruhanı idarəsi, təhlükəsizlik xidmətləri bu istiqamətdə müəyyən işlər görür. Din də insanların mənəvi təlabatını ödəməsi üçün bir vasitədir. Bu baxımdan Azərbaycanda görülən işlər çox uğurludur. Azərbaycan dünya qarşısında nümunəvi işlər yaradıb və qanvermə aksiyası da bu işlərdən biridir.