17 İyul 2024 09:27
Şamaxının Məlikçobanlı kəndində toyda kütləvi zəhərlənmə olub.
Şamaxı rayon Mərkəzi Xəstəxanasından Metbuat.az-a verilən məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onların hamısının artıq evə buraxıldığı bildirilib.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb toyda verilən salat olub.
Seyranə Quliyeva / Metbuat.az