METBUAT.AZ

Hadisə

AAAA

17 İyul 2024 09:56

Xəbər verdiyimi kimi, Şamaxı rayonunun Məlikçobanlı kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.07.2024-cü il tarixində Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub.

"Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".


metbuat.az.