19 İyul 2024 14:27
"Bu, bizim üçün təkcə yubiley tədbiri deyil, həm də bir hesabatdır - izləyicilərimiz, oxucularımız qarşısında hesabatdır".
Metbuat.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında söyləyib. O deyib ki, Azərbaycan jurnalistikası çox uzun və şərəfli yol keçib:
"Azərbaycan mətbuatının 149 illiyi ilə bağlı keçirilən bugünkü tədbirdə hər il olduğu kimi, bu il də “Əkinçi” qəzetinin işığında müasir mətbuatımızın perspektivlərinə və keçdiyi yola nəzər saldıq. Azərbaycan mətbuatı Vətən müharibəsindən üzüağ çıxıb, xalqımızın, dövlətimizin milli maraqlarını yerli və beynəlxalq ictimaiyyətə layiqincə çatdırıb. Bu gün də Azərbaycan mediası öz maarifləndirmə funksiyasını lazımi şəkildə icra edir".