29 İyul 2024 14:10
Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi onunla bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, o, müğənninin arxiv görüntülərini paylaşaraq, babası haqqında yazıb:
"Hər birimizin həyatında yeri dolmayacaq biri olur. O insanın qəfil yoxluğu həyatımızda sarsıdıcı izlər buraxır. Zaman keçdikcə yoxluğuna alışmaq əvəzinə, darıxmaq hissi daha da şiddətlənir. Təəssüf ki, tək təsəllimiz itirdiyimiz əzizlərimizin yuxularımızın qonağı olmasıdır. Geriyə qalan isə sadəcə şəkillər və videolardır.
Cavanşir babanın ifasında hazırladığım video postu sizlərlə bölüşmək istədim. Allah sənə rəhmət eləsin, əziz babam! Yerin cənnət olsun".
Xatırladaq ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.