METBUAT.AZ

Dünya

ABŞ-dən HƏMAS liderinin ölümü ilə bağlı ilk açıqlama

31 İyul 2024 09:33

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı ABŞ-dən ilk açıqlama gəlib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, adı açıqlanmayan "Ağ Ev" nümayəndəsi Haniyənin Tehranda öldürülməsi barədə xəbərləri gördüklərini deyib. Səlahiyyətli şəxsin mövzu ilə bağlı detallı bilgi vermədiyi bildirilib.

Qeyd edək ki, İsmayıl Haniyənin Tehrandakı iqamətgahının vurulması nəticəsində o və bir cangüdəni həyatını itirib.


metbuat.az.