24 İyul 2024 08:36
Adriatik dənizinin Albaniya sahilində zəlzələ olub.
Metbuat.az bildirir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 4,5 olub.
Yeraltı təkanların episentri Lyaçi şəhərindən 26 km qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.