26 İyul 2024 17:33
Aparıcı Afaq Gəncəli Xəzər TV-dən çıxması ilə bağlı xəbərlərə son qoyub.
Metbuat.az Axşam.az-a istinadən bildirir ki, bu haqda açıqlama yayan aparıcı hələ də kanalın işçisi olduğunu bildirib.
"Xəzər TV-nin əməkdaşıyam, kanalı tərk etməmişəm. Belə bir fikrim də yoxdur" deyə, Afaq əlavə edib.
Qeyd edək ki, Afaq sözügedən kanalda əvvəlcə maqazin, daha sonra səhər proqramı aparıb. O, son bir ildir efirə çıxmır.