23 İyul 2024 19:19
Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri - N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.