26 İyul 2024 16:28
Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.
Metbuat.az xəbər verir ki, bu vəzifə çex diplomat Maqdalena Qronona həvalə edilib.
Maqdalena Qronona sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacaq.
Qeyd edək ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.