13 İyul 2024 09:56
“X” sosial media platformasının sahibi Elon Musk Avropa İttifaqı (Aİ) Komissiyasının çıxışlara səssizcə senzura tətbiq etmək müqabilində “gizli razılaşma” təklif etdiyini və “X”-in bunu qəbul etmədiyini bildirib.
Mətbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Musk, Aİ Komissiyasının “X”-in qaranlıq nümunələr, reklam şəffaflığı və tədqiqatçılar üçün məlumatların əldə edilməsi ilə bağlı sahələrdə Aİ-nin Rəqəmsal Xidmətlər Aktını pozduğuna dair hesabatına reaksiya verdi.
Elon Musk, sosial media hesabından etdiyi açıqlamada qeyd edir ki, Aİ qeyri-qanuni gizli razılaşma təklif eDİB. Heç kimə demədən bunu qəbul etsəydik bizi cəzalandırmazdılar. Digər platformalar bu razılaşmanı qəbul etdi, amma “X” qəbul etmədi.
Mədinə Zaur/ mətbuat.az