METBUAT.AZ

Dünya

​Aİ əməkdaşları ittifaqın Qəzza siyasətinə etiraz etdilər.

11 İyul 2024 17:10

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının binalarının yerləşdiyi meydanda Aİ-nin əməkdaşları ittifaqın Qəzzə ilə bağlı siyasətinə etiraz edərək, onları sülhə çağırdılar.

Metbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, srebrenitsa qətliamının 29-cu il dönümündə Aİ-nın 100-ə yaxın işçisi bütün dünyadakı qətliam qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.

Nümayişçilər bütün əsirlərin azad edilməsini və insan haqları pozuntularının qarşısının alınmasını tələb edərək Qəzzada atəşkəsin olmasını tələb etdilər.

Etirazçılar sonda rəqs edərək “Fələstinə azadlıq” şüarını səsləndirdilər.


metbuat.az.