METBUAT.AZ

İdman

​Alonso Messi ilə Ronaldonu belə müqayisə etdi

4 İyul 2024 09:45

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonun Lioenel Messi barədə dedikləri gündəm olub.

Metbuat.az xəbər verir ki, o Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:

“Bir çox mütəxəssilər məşq dərsləri zamanı rəqibi necə dayandıracağımızı söyləyərdilər, dərs bitəndə isə deyirdilər ki, bizim dediklərimiz Messiyə aid deyil. Şanslıyam, çünki məşqçi olaraq onunla qarşılaşmayacağam. Çünki onunla qarşılaşmaq futbolun ən çətin hissəsidir. Hətta Joze Mourinyonun rəhbərliyi altında “Real Madrid”in Messini meydanda necə dayandırmağı planlaşdırdıqlarını nümayiş etdirən video var. Məşqçilərin Ronaldonu və ya hər hansı oyunçunu necə dayandırmağı nümayiş etdirən video yoxdur.


metbuat.az.