METBUAT.AZ

İdman

Ançelottidən Ardaya böyük vəzifə -

19 İyul 2024 09:43

“Real Madrid” Toni Kroosdan sonra standart vəziyyətin hansı futbolçular tərəfindən yerinə yetiriləcəyinə qərar verib.

Metbuat.az xəbər verir ki, “Real” Ardanın Avropa çempionatındakı uğurlu oyunundan sonra Ardaya yeni vəzifələr həvalə edib.

AS qəzetinin xəbərinə görə, yeni mövsümdə künc zərbələrini vuracaq futbolçular arasında ilk seçim Ardaya verilib. Ançelotti Arda Gülerə "Kroos getdi, indi künc zərbələrini sən yerinə yetirəcəksən" deyib. Sıralamanın belə olduğu qeyd edilib:

1. Arda Güler

2. Luka Modriç

3. Fede Valverde

4. Rodriqo


metbuat.az.