METBUAT.AZ

İdman

Ançelottinin yeni mövsüm üçün ilk 11-i bəlli oldu -

22 İyul 2024 10:49

Kilian Mbappenin transferi ilə taktikanı dəyişmək istəyən “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin oyun sxemi bəlli olub.

Metbuat.az xəbər verir ki, Mbappenin həmyerlisi Kərim Benzemanın mövqeyində oynayacağı deyilir. Məlumata görə, Ançelottinin yeni mövsümdə Mbappeni komandaya necə inteqrasiya edəcəyi ilə bağlı ətraflı planları var. Ançelottinin 4-3-3 sxemi ilə işləməyi planlaşdırdığı və bu sxemin müdafiə vəziyyətində 4-4-2 olacağı deyilir. Hücum edərkən Rodriqo və Vinisisun kənarlarda Mbappenin mərkəz mövqedə oynayacağı qeyd edilir.

Yarımüdafiə isə Jude Bellinghem, Federiko Valverde və Aurelien Tchouamenidən ibarət olacaq. Top rəqibə keçəndə Vinisius və Mbappe hücum mövqeyində qalacaq. Rodriqo isə yarımüdəfiənin cinahına çəkiləcək. Mbappenin gəlişindən sonra Arda Güler və Brahim Diaz kimi futbolçuların daha az oyun şansı əldə edəcəyi deyilir.


metbuat.az.