31 İyul 2024 18:23
Bu ilin I yarısında Aqrar Sığorta Fondu 2 milyon 864 min manat ödəniş edib.
Metbuat.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Yanvar-iyun aylarında sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib. Son 1 ildə əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43 % artıb.
Azərbaycanda aqrar sığorta haqqının 50 %-ni dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.