METBUAT.AZ

Dünya

Ararat Mirzoyan Cənubi Kiprə səfər etdi

29 İyul 2024 16:12

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprə gedib.

Metbuat.az xəbər verir ki, Ermənistanın bu barədə xarici işlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı hər iki ölkənin nazirləri arasında görüş baş tutacaq.

A. Mirzoyan, həmçinin Cənubi Kiprin xarici ölkələrdəki səfirlərinin illik toplantısında çıxış edəcək və digər rəsmilərlə danışıqlar aparacaq.


metbuat.az.