23 İyul 2024 12:09
Yeni mövsümdə “Real Madrid”də daha çox oyun şansı əldə etmək istəyən Arda Güler şəxsi həyatında da ciddi dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, Ardanın Türkiyədən özü ilə apardığı 4 işçisini qovduğu iddia edilib. İspaniya mediasının xəbərinə görə, Arda Güler Türkiyədən gətirdiyi 6 işçidən 4-nü işdən çıxarıb. İşdən çıxarılanlar arasında türk aşpaz da var.
Ardanın aldığı əzələ zədələrinin təkrarlanmaması üçün bütün həyatında, xüsusən də pəhrizində ciddi dəyişikliklər etdiyi bildirilib.