METBUAT.AZ

İdman

Arda “Real”da ilk beşlikdə yer aldı

23 İyul 2024 13:15

Arda Güler “Real Madrid” futbolçuları arasında ən çox sevilən fiqurlardan biridir.

Metbuat.az xəbər verir ki, futbolçunun forması "Real Madrid" mağazasında ən çox tələb olunanlar sırasında yer alır. Bildirilir ki, Arda Güler Mbappe, Vinisius, Bellingem və Modriçdən sonra "Real Madrid" mağazalarında ən çox forması satılan beşinci futbolçu olub. Məlumata görə, futbolçuların şöhrətinə görə, onların formaları ön sıralarda yer alır. Mbappenin forması mağazada ön cərgələrdə yerləşdirilib. Ardanın forması daha arxada olsa da, azarkeşlər formaya maraq göstərir. Qeyd edək ki, Arda Gülerin formasının qiyməti 70-160 avro arasında dəyişir.


metbuat.az.