METBUAT.AZ

Dünya

Arda Turanın anası həbs edildi

19 İyul 2024 22:08

Türkiyəli futbolçu Arda Turanın anası Yüksel Turan həbs edilib.

Metbuat.az xəbər verir ki, o "tikinti çirklənməsinə səbəb olmaq” ittihamı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunub.

Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu halda xanım Turanın tikiliyə qeyri-qanuni çardaq əlavə etdiyi müəyyən edilib.


metbuat.az.