METBUAT.AZ

İdman

Ardadan "Real" barədə sürpriz qərar -

26 İyul 2024 14:12

İspaniya mediası “Real Madrid”in futbolçusu Arda Güler barədə yeni xəbər yayımlayıb.

Metbuat.az xəbər verir ki, xəbərdə deyilir ki, yarımmüdafiəçi yeni mövsümdə ilk 11-də oynamaq istəyir. Arda yeni transferlərdən sonra heyətə düşməkdə çətinlik çəkəcək. Bununla belə, onun klubda qalmaq istədiyi deyilir. Məlumata görə, Arda ona gələn təklifləri də rədd edib. “Bayer Leverkuzen” və “Milan”dan ona təkliflər olduğu deyilir.

Ardanın transfer məsələsi barədə menecerinə də təlimat verdiyi deyilir. Arda Güler menecerinə belə göstəriş verib: “Madriddə qalacağam. Bunu mənim haqqımda soruşan hər kəsə deyə bilərsən”.


metbuat.az.