17 İyul 2024 14:18
Daha bir gənc türkiyəli futbolçu Madridə gedir.
Metbuat.az xəbər verir ki, "Atletiko Madrid" gənc türk qapıçı Mert Furkan Bayramla müqavilə bağlamaq üzrədir. “El Chiringuito”da dərc edilən xəbərə görə, "Atletiko Madrid" "Altınordu"da çıxış edən qapıçı ilə 5 illik müqavilə bağlayacaq. Transfer reallaşarsa Mert Furkan Bayram "Atletiko Madrid"də çıxış edən 4-cü türk futbolçu kimi tarixə düşəcək. Bundan əvvəl Arda Turan, Emre Belözoğlu və Çağlar Söyüncü "Atletiko Madrid"də çıxış edib.
Qeyd edək ki, karyerası boyunca "Altınordu"da 19 matçda forma geyinən gənc istedad 18 qol buraxıb, 8 matçda qol buraxmayıb