9 İyul 2024 10:57
Kalori dəyəri az olan armud kalium, fol turşusu, lif niasin, A, C K vitaminləri və mineralları, həmçinin antioksidant mənbəyidir. Tərkibində flavonoidlər və karotenoidlər kimi bitki mənşəli birləşmələr də var.
Metbuat.az xarici mediaya istinadən armudun faydalarını təqdim edir:
- Armud bağırsaqların sağlamlığını yaxşılaşdıran və həzmi asanlaşdıran liflə zəngindir
- İltihab əleyhinə xüsusiyyətlərə malikdir
- Arığlamağa kömək edir
- Qan təzyiqinə tənzimləyici təsir göstərir
- Tərkibindəki yüksək kalium ürək sağlamlığını qoruyur
- Maska şəklində dəriyə tətbiq edildikdə, ləkələri aradan qaldırır
- Tərkibindəki hidroksisinnamik turşu mədə və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir
- Tərkibindəki K vitamini ilə sümük toxumasını gücləndirməyə kömək edir
- İmmunitet sistemini gücləndirir.