METBUAT.AZ

İdman

Arşavindən Ronaldo barədə aşağılayıcı ifadələr -

5 İyul 2024 11:53

Keçmiş rusiyalı futbolçu Andrey Arşavin 2024-cü il Avropa çempionatının 1/8 finalında Sloveniya millisi ilə oyunda (0:0, penaltidən 3:0) qol vura bilməyən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun gözyaşlarından danışıb.

Metbuat.az xəbər verir ki, o, penaltini yerinə yetirə bilmədiyi üçün ağlayan Ronaldonu tənqid edib:

"Bu, ilk dəfə olsaydı, yəqin ki, burada Ronaldunu dəstəkləyərdim. Amma bu hadisə təkrarlandığı üçün o mənə qız kimi görünür. Mənə elə gəlir ki, o, daha çox ağladığına görə deyil, filmə çəkiləcəyini və insanların bundan danışacağını bildiyi üçün ağlayır".


metbuat.az.