METBUAT.AZ

İdman

Avarçəkənimiz 3-cü oldu -

31 İyul 2024 12:53

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Metbuat.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


metbuat.az.