METBUAT.AZ

Maraqlı

Avqustda pula pul deməyəcəklər -

27 İyul 2024 09:57

Astroloqlara görə, avqust ayının gəlişi bəzi bürclər üçün şans qapılarını açacaq. Onlar maliyyə məsələlərində bir çox problemin öhdəsindən gələrək yaxşı qazanc əldə edə biləcəklər. Eyni zamanda, biznes və iş həyatında ən uğurlu şəxslər də məhz onlar olacaqlar.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Balıqlar - avqust ayında yaxşı iş təklifləri gözlənilir. Nəticədə maddi qazancınız artacaq. Risk etmək üçün uyğun zamandır, cəsarətli qərarlar verməkdən çəkinməyin. Qazanacağınız məbləğlər bir çox probleminizi həll etməkdə kömək olacaq.

Tərəzi - avqust ayında yaxşı pul qazanacaq bürclər arasında Tərəzilər də var. Biznes sahəsində uğur qazana bilərsiniz, həmçinin üzərində çalışdığınız layihələr müsbət nəticələrlə yükunlaşa bilər ki, bu da yaxşı məbləğlər qazanmağınıza səbəb olacaq.

Əqrəb - yeni vəzifə təklifləri ola bilər. Avqustda iş mühitində hər kəslə minasibətləri yaxşı tempdə saxlamaq lazımdır. Gəlirinizin artması sizə işlərinizdə əlavə motivasiya qazandıracaq. Bir çox şey sizin sahib olduğunuz bilik və bacarıqlardan asılı olacaq.


metbuat.az.