METBUAT.AZ

İdman

AVRO-2024: Yarımfinal matçları başlayır

9 İyul 2024 08:04

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.

Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.

AVRO-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya - Fransa

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, "Alyans Arena".


metbuat.az.