METBUAT.AZ

İdman

Avropa nəhəngi Arda üçün açıq çek göndərdi

26 İyul 2024 08:25

"Liverpul" yeni mövsüm üçün transfer işlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, "Liverpul" iki futbolçudan birini transfer etmək istəyir. Məlumata görə, İngiltərə komandası “Real Sosyedad”dan Take Kubo və ya “Real Madrid”dən Arda Güleri istənilən məbləğdə pul ödəyərək heyətinə qatmaq istəyir. Kloppun gedişindən sonra onun yerinə gələn Arne Slot "Enfild"ə yeni transferlər gətirmək istəyir. Bildirilir ki, “Liverpul” Kubonu heyətinə qatmaq üçün 60-65 milyon avro ayırıb. Kubo transferi baş tutmasa, “Liverpul” Arda Güleri transfer etməyə səy göstərəcək.

Ardanın yeni “Liverpul” komandası üçün mükəmməl olduğunu düşünən hollandiyalı məşqçi rəhbərlikdən futbolçunu istəyib. Lakin “Real Madrid” ilk təklifi rədd edib. “Liverpul” Arda üçün də ciddi məbləğ ayırıb.


metbuat.az.