5 İyul 2024 13:29
Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 milyon 4 min 277 sərnişin daşınıb.
Metbuat.az kompleksə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
"Kompleks iyunda imtiyazlı təbəqədən olan 43 sərnişini ödənişsiz biletlə təmin edib", - deyə məlumatda əlavə olunub.