27 İyul 2024 01:05
Aygün Kazımovanın adından dələduzluq edilib.
Metbuat.az xəbər verir ki, TikTok-da səhifə Xalq artistinin konsert verəcəyi elanını yazıb. Səhifə hətta saxta elanın Heydər Əliyev Mərkəzinin həyətində keçiriləcəyini bildirib. Səhifədə bilet satışı gerçəkləşdirilir. Dələduzlar biletlərin 15-35 manat arası satıldığını yazıb. Hətta fanatlardan Aygün Kazımova ilə şəkil çəkdirmək üçün pul da istənilib.
Kazımovanın komandası bildirir ki, konsert anonsu saxtadır, dələduzlara aldanmayın.