27 İyul 2024 15:51
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 184,1 milyon ABŞ dolları və ya 73 % artaraq 436,5 milyon ABŞ dollarını üstələyib.
Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında Azərbaycandan ABŞ-yə 164,4 milyon ABŞ dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin göstəricisindən 159,3 milyon ABŞ dolları və ya 31,8 dəfə çoxdur.
ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24,8 milyon ABŞ dolları və ya 10,1 % artaraq 272 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2 % təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,04 % bəndi çoxdur.