METBUAT.AZ

İdman

Azərbaycan boksçusu ilk qələbəsini qazandı -

28 İyul 2024 19:28

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Metbuat.az xəbər verir ki, 92 kiloqramda çıxış edən idmançı 1/8 finalda kubalı Xulio Sezar la Krusla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançı 1/4 finala yüksəlib. A.Dominqes bu raundda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.


metbuat.az.