METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

10 İyul 2024 13:29

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 milyard 984,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çox investisiya yönəldilib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 4,5 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 12,6 % artıb.

6 ay ərzində istifadə olunmuş investisiyanın 4 milyard 373,2 milyon manatı və yaxud 54,8 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 747,3 milyon manatı və yaxud 34,4 %-i xidmət sahələrinə, 864,3 milyon manatı və yaxud 10,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 452 milyon manatını və yaxud 80,8 %-ni daxili investisiyalar təşkil edib, 5 milyard 513,4 milyon manatı və yaxud 69 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


metbuat.az.