METBUAT.AZ

İdman

Azərbaycan nümayəndə heyəti paraddan keçdi -

26 İyul 2024 22:04

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

Metbuat.az xəbər verir ki, milli komanda paraddan 16-cı keçib. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.


metbuat.az.