25 İyul 2024 13:46
Azərbaycan Serbiyanı COP29-a dəvət edib.
Metbuat.az xəbər verir ki, iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sözügedən dəvətlə qarşı tərəfə müraciət edib.
“Fürsətdən istifadə edərək, Serbiyanı bu ilin noyabrında paytaxt Bakıda keçiriləcək COP29-a dəvət edirik”, - deyə o bildirib.